Milli dirçəliş və Təzəpir məscidi (davamı)

 

 

Azərbaycan xalqı artıq başa düşürdü ki, azadlığın yeganə yolu müstəqil dövlətçiliyin bərpası uğrunda mübarizədir. Tarixin bu məsuliyyətli dövründə respublikada bütün siyasi qüvvələri öz ətrafında birləşdirə biləcək bir qüvvəyə ehtiyac var idi. Çox təəssüflər olsun ki, belə bir qüvvə hələlik diqqətdən kənarda qalırdı. Doğma xalqının ən çətin günlərində Heydər Əliyev onun köməyinə gəldi Azərbaycan xalqının üstünü alan hər cür təhlükələri aradan qaldırmağa başladı.

Heydər Əliyev müstəqilliyin ilk illərində hakimiyyətə qayıdarkən Azərbaycan öz tarixinin mürəkkəb, çətin ağır illərini yaşayırdı. Qafqazın əsas ölkəsi sayılan, öz zəngin enerji qaynaqları, coğrafi-siyasi mövqeyi insan potensialı ilə seçilən gənc Azərbaycan Respublikası ciddi böhranlarla üzləşmişdi: xarici təcavüz Qarabağ münaqişəsi, köhnə siyasi-ideoloji sistemin dağılması ilə ölkə daxilində hakimiyyət davası hərc-mərcilik meylləri cəmiyyətin psixoloji durumunda müşahidə edilən ümidsizlik, inamsızlıq çaşqınlıq, əxlaqi-mənəvi mühitdə baş verən qeyri-müəyyənlik, insanlarda cəmiyyətdə özünə güvənmə hisslərinin zəifləməsi. Belə bir məqamda, həm siyasi təcrübəsi intellekti ilə xarici amillərin təsirini zəiflətməyə neytrallaşdırmağa qadir olan, ölkədaxili ixtilafları hərc-mərcliyi cilovlaya bilən qüdrətli dövlət xadimi, həm cəmiyyətin inamını özünə qaytarmağı, burada milli-mənəvi birlik mühiti yaratmağı bacaran müdrik el ağsaqqalına ehtiyac var idi. Heydər Əliyev, məhz ağır böhran şəraitində bütün lazimi siyasi, ictimai mənəvi keyfiyyətləri özündə birləşdirən bütöv bir şəxsiyyət kimi Azərbaycan xalqının önündə dayanaraq bütün sahələr üzrə düşünülmüş, məntiqi ardıcıllıqla gərgin fəaliyyətə başladı.

Yeni tarixi şəraitdə Azərbaycanın qarşılaşdığı böhranlardan çıxaraq özünə güvənməsi üçün ümummilli dirçəliş konsepsiyasına böyük ehtiyac var idi. Bu ideologiya, həm milli adət-ənənələrə dini-mənəvi dəyərlərə söykənməli, həm Azərbaycanın çağdaş dünyaya qovuşmasını təmin etməli idi. Deməli, yenicə müstəqilliyə qədəm qoyan Azərbaycan dünyada gedən demokratik inkişaf  qloballaşma prosesindən kənarda qalmamalı, həm milli mədəniyyətini mənəvi özəlliyini qorumalı, həm başqa mədəniyyət dinlərlə dözümlülük şəraitində münasibət qurmalı idi. Belə çətin həssas məsələnin düzgün həlli üçün düşünülmüş ölçülüb-biçilmiş addımlar atılması tarixi zərurət kimi qarşıya qoyulmuşdu. Sovet ideologiyasının sürətlə çökməsindən sonra Azərbaycan xalqının yenidən öz milli-mənəvi dəyərlərinə qayıdışı təbii bir prosesə çevrildi burada İslam xüsusi yer tutdu. Ona görə Azərbaycanın ümummilli lideri ölkənin islama münasibətini düzgün sağlam müstəvidə həll etməyə başladı.

İslam Azərbaycan xalqının çox önəmli zəngin milli-mənəvi atributu sayılırdı bu ölkənin beynəlxalq aləmdə gerçək siyasi, iqtisadi müstəqilliyini qoruması, öz milli simasını varlığını saxlaması üçün həmin zəngin xəzinəyə müraciət etməsi lazım gəlirdi. Heydər Əliyev dəfələrlə din xadimləri ruhanilərlə görüşdü, məscid ziyarətgahlara baş çəkdi, bir sıra mərasimlərdə iştirak etməklə camaatla möminlərlə ünsiyyətə girdi.

İslam dini ilə bağlı bir həqiqət Heydər Əliyevə bəlli idi: Din həm milli mədəniyyətin, xalqın əxlaqi–mənəvi dəyərlərinin əsasını təşkil edir, həm müasir həyatda ön mövqeyə keçir həqiqət axtaran, inamla yaşamaq istəyən müasir insan getdikcə daha çox dinə tapınır.

Heydər Əliyev hələ prezident seçilməzdən əvvəl respublikanın ən çətin vaxtında –1993-cü il  sentyabrın 5-də Təzəpir məscidində Peyğəmbərin mövlud günü münasibətilə keçirilən mərasimdə iştirak etdi. Təzəpir məscidi 1923-cü ildə N.Nərimanovun buraya gəlişindən 70 il sonra Azərbaycan dövlət başçısı Heydər Əliyevin dindarlarla görüşünün şahidi olurdu. Heydər Əliyev çıxışında Azərbaycan xalqının bir müddət öz dinindən uzaq düşməsi səbəblərini əsaslı şəkildə izah edərək dedi: “İslam əsrlər boyu öz mütərəqqi ideyaları ilə insanları doğru yola, xeyirxah əməllərə dəvət etmişdir.  İslam başqa dinlərə hörmətlə yanaşmışdır. Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini əqidəsinə əməl etməsi üçün bundan sonra da hər cür şərait yaradacağıq. Bundan ötrü dövlət tərəfindən lazımi tədbirlər görüləcəkdir”.

Heydər Əliyev müasir dünyada dövlət-din münasibətlərinin çox həssas bir məsələsinə toxunur ki, bu da dövlət quruluşunun dünyəvi xarakteri ilə bağlıdır. Bir çox ölkələrdə din ilə dövlətin bir-birindən ayrılması cəmiyyətdə ixtilaflara gətirib çıxarır.

Respublikanın demokratik ziyalıları ilə yanaşı, Azərbaycan dindarları da Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaq üçün bütün imkanlardan istifadə edirdilər. Müsəlman dindarları sovet dövlətinin zəifləməsindən istifadə edərək ilk cəhd kimi  30-cu illərdə dağıdılmış islam abidələrinin bərpa olunmasına başladılar. Təbii ki, Azərbaycan dindarlarının ən yaralı yeri 1934-cü ildə bolşevik rejimi tərəfindən partladılmış Bibiheybət məscidinin bərpa olunması idi. Doğrudur, Qafqaz Müsəlmanları İdarəsi, onun sədri Şeyxülislam Allahşükür Paşazadə hələ sovet dövründə Bibiheybət məscidinin bərpası ilə bağlı müəyyən cəhdlər göstərmişdi. Lakin kommunist ideoloqlar bu məsələnin siyasi xarakter daşıdığını bəhanə edərək məscidin bərpa olunması təklifinə müsbət cavab vermirdilər.

Bibiheybət məscidi ilə bağlı Azərbaycan dindarlarının heysiyyətinə toxunan o idi ki, partladılan məscidin yerində Azərbaycanda sovet hakimiyyətinin qələbəsi şərəfinəQələbə tağıtikilmiş Stalinin heykəli qoyulmuşdu. Məscidin məhv edilməsi ilə ürəyi soyumayan sovet cəlladları Qələbə tağının tikintisini layihənin müəllifi Sarkisova, baş mühəndis Vartanova, inşaatçı Baqdasaryana həvalə etmişdilər. Adlarını tağın üstündəki gerbin arxasına həkk etmiş bu daşnaklar tağın bünövrəsinə xaç qoymuşdular. 1994-cü ildə Bibiheybət məscidinə gələn Heydər Əliyev Qələbə tağının sökülməsi ilə bağlı dindarların xahişinə müsbət yanaşdı. Beləliklə, 60 ildən sonra zamanın sınağına sinə gərmiş Bibiheybət məscidinin bünövrəsi üzərində müsəlmanları yenidən namaza çağıran azan səsi eşidilməyə başladı. Bu azan təkcə müsəlmanları namaza səsləmir, həm də Bibiheybət məscidinin bərpası üçün ilk əməli addımların atıldığını bildirirdi.

1995-ci ildə Qələbə tağı söküldü. 1997-ci ilin iyulunda Bibiheybət məscidinin bərpa və tikintisi başlandı. Bu münasibətlə təntənəli mərasim keçirildi. Mərasimdə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev başda olmaqla, ölkənin dövlət və hökumət adamları iştirak edirdi.

1993-cü ilin oktyabrında respublikanın ən çətin günlərində prezident seçilən H.Əliyev işinin çoxluğuna baxmayaraq, 1994-cü il iyunun 20-də İslam dünyasının ən böyük mərasimlərindən biriAşura günü ilə əlaqədar Təzəpir məscidinə gəldi. Təzəpir məscidinin həyətinə toplaşmış yüzlərlə dindar bu dini mərasimdə Azərbaycan Prezidentinin iştirakını böyük rəğbətlə qarşıladı və onu mehribanlıqla salamladı. Heydər Əliyev mərasimə toplaşanlar qarşısında çıxış edərək dedi: “Bütün müsəlmanlar, o cümlədən biz azərbaycanlılar həmin faciəli günü hər il yada salmaqla Vətənə, torpağa, dinimizə, məsləkimizə sədaqətimizi bir daha nümayiş etdirir. Biz bundan sonra da Qurani-Şərifin, Həzrət Məhəmməd peyğəmbərin qoyduğu yol ilə gedəcək və haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrət imam Hüseyninonun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”. Mərasimdən sonra Prezident Heydər Əliyev Təzəpir məscidinin mövcud durumu ilə maraqlandı. Şeyxülislam Allahşükür Paşazadə 1914-cü ildə istifadəyə verilən məscidin bu günə kimi əsaslı təmir olunmadığını xatırlatdı. Şeyxülislam məlumat verdi ki, hətta 30-cu illərin repressiyası zamanı məscidin tavanında və divarlarında kufi xətlə yazılmış çoxsaylı Quran ayələrinin üstü ağardılmış və ya silinib məhv edilmişdir. Prezident Heydər Əliyev Bibiheybət məscidinin bərpasından sonra Təzəpir məscidinin də tezliklə təmir olunacağına söz verdi.

1995-ci ildə iyunun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev növbəti Aşura günü ilə əlaqədar yenə də Təzəpir məscidinə gəldi. Respublika Prezidenti məsciddəki nəzir qutusuna nəzir saldı. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə respublika prezidenti Heydər Əliyevə dinimizə göstərdiyi diqqətə və Aşura günü mərasimində iştirak etdiyinə görə bütün dindarlar adından razılığını bildirdi.

Təzəpir məscidinə toplaşan mərasim iştirakçıları qarşısında çıxış edən Heydər Əliyev dedi: “İndi dinimiz azaddır. Hər bir azərbaycanlı, hər bir müsəlman öz dininə itaət etməkdə sərbəstdir. Bu məhərrəmlik ayında, xüsusən son günlərdə dinimizə itaət, etiqad, məscidlərdə, o cümlədən bu gün Təzəpir məscidində keçirilən mərasim onu göstərir ki, müstəqil dövlətimizdə din azaddır və hər kəs öz vicdanının hökmünü, istəyini ifadə edə bilər. Xalqımızın belə azad, sərbəst şəraitdə yaşaması bizim üçün nailiyyətdir, eyni zamanda, gələcəyimiz üçün böyük əsasdır”. Çıxışına davam edən Heydər Əliyev dedi: “Müstəqil Azərbaycan Respublikası  şəhidlərin, verdiyimiz qurbanların xatirəsinin əbədi olması üçün yaşamalıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır. Biz bunların hamısını edəcəyik. Bunlara nail olmaq, bunları əldə etmək üçün biz Allaha dua edərək, bu gün öz müsəlmanlıq borcumuzu yerinə yetirərək, eyni zamanda birləşməli, əl-ələ verməliyik, xalqımızın birliyini, həmrəyliyini təmin etməliyik”.

 

(Ardı var)

 

Anar İSGƏNDƏROV

Tarix elmləri doktoru, professor

 

525-ci qəzet.- 2013.- 5 iyun.- S.6.